Сообщения

Изображение
Minimalizm Azərbaycanda bir o qədər də məşhur olmayan bir həyat tərzi olan minimalizm artıq dünyanın bir çox ölkəsində insanarın həyat fəlsəfəsinə çevrilməkdədir. Minimalizm dedikdə insanların az ilə qane olması, az-çoxdur fəlsəfəsi ilə yaşamalarıdır. Minimalizmin mərkəzində bahali maşınlar, villalar, bahalı texnoloji avadanlıqlar deyil, insanın özü dayanır. Bir növ minimal əşyalar, minimal insanlar, minimal informasiyalar ilə sakit bir həyatdır minimalizm.  Minimalizmdə ilk addım bizi əhatə edən, bir növ lazımsız olan, lakin atmağa, kiməsə verməyə ürəyimiz gəlməyən,  istifadə etmədiyimiz əşyalardan qurtulmaqdır. Minimalizmdə belə bir deyim vardır ki, sahib olduğumuz əşyalar, bir müddət sonra bizə sahib olmağa başlayacaqlar.  Hər birimizin qarderobunda son aylarda, son illərdə istifadə etmədiyimiz geyimlərimiz var. Biz əgər hər hansısa bir geyimimizi son 3 ayda istifadə etməmişiksə, növbəti aylarda həmən geyimi istifadə ehtimalımız demək olar ki sıfırdır. Minimalizmə ilk olara
Изображение
Eqo və eqoizm Eqo sözünü eşidən hər kəsdə ilk olaraq, eqoizm, özünü sevmə kimi fikirlər ağıla gəlir. Eqo içimizdəki mən deməkdir. Hər kəsin daxilində öz "mən"-i var ki, biz bunu eqo adlandırırıq. Eqo, daxili mən sözü ilə sinonimdir. Heç bir insan eqosuz deyil. Eqo hər bir insanın həyatı boyunca onunla birlikdə olur və yalnız insan öldüyü zaman yox olur. Eqo, mən və mənim olan ilə, qeyri mən və mənim olmayanı ayırd etməkdir. Özünü dərk etmək təkcə insanlara deyil, digər canlılara da xas olan xüsusiyyətdir. Lakin, digər canlılardan fərqli olaraq, yalnız insanlar öz eqoarına təsir edə, onu müəyyən istiqamətlərdə yönəldə və öz üzərilərində işləyə blirlər. Bu məqalədə eqonun insan həyatındakı roluna, onun strukturuna və eqomuz ilə necə mübarizə apara bilərik kimi məsələlərə nəzər salacağıq. Eqonun insan həyatına təsiri, eqoizmə gətirib çıxarır. Eqoizm, şəxsi maraqların hər şeydən üstün tutulması, ətrafdakıların düşüncə və istəklərindən asılı olmayaraq, daxili "mən&q
Изображение
Ətrafımız və biz Yaşadığımız cəmiyyətdə bizi tanışlarımız, dostlarımız və digər müəyyən kollektivlər əhatə edir. Biz bu insanlarla müəyyən vaxt keçiririk, birlikdə nələri isə müzakirə edirik və s. Bizi əhatə edən insanlar ilə münasibətdə müəyyən qaydalara əməl etməklə özümüz üçün sağlam bir ətraf yarada və öz şəxsi komfortumuzu və sərhədlərimizi qorumuş olarıq. Qeyd etmək istədiyim ilk nüans ondan ibarətdir ki, hər bir insan dostluq, yoldaşlıq etdiyi 5 insanın ortalamasıdır. "Dostunu göstər deyim sən kimsən" misalı da buradan qaynaqlanır. Tanıdığınız hər həs sizin insanınız deyil.  Ətrafınızda olan, dostluq və yoldaşlıq etdiyiniz insanları gözdən keçirin. Həqiqətənmi həmən insanlar sizinlə səmimidirlər, həqiqətənmi sizin uğurunuza sevinirlər? Həqiqətənmi həmən insanlardan müsbət enerji alırsınız? Birlikdə vaxt keçirməkdən həqiqətən zövq alırsınızmı? Əgər fikrinizdə olan insanlardan hər hansı biri ilə bağlı bu suallara yox cavabı verirsinizsə demək ki, bu insanla mü