Eqo və eqoizm
Eqo sözünü eşidən hər kəsdə ilk olaraq, eqoizm, özünü sevmə kimi fikirlər ağıla gəlir. Eqo içimizdəki mən deməkdir. Hər kəsin daxilində öz "mən"-i var ki, biz bunu eqo adlandırırıq. Eqo, daxili mən sözü ilə sinonimdir. Heç bir insan eqosuz deyil. Eqo hər bir insanın həyatı boyunca onunla birlikdə olur və yalnız insan öldüyü zaman yox olur. Eqo, mən və mənim olan ilə, qeyri mən və mənim olmayanı ayırd etməkdir. Özünü dərk etmək təkcə insanlara deyil, digər canlılara da xas olan xüsusiyyətdir. Lakin, digər canlılardan fərqli olaraq, yalnız insanlar öz eqoarına təsir edə, onu müəyyən istiqamətlərdə yönəldə və öz üzərilərində işləyə blirlər.
Bu məqalədə eqonun insan həyatındakı roluna, onun strukturuna və eqomuz ilə necə mübarizə apara bilərik kimi məsələlərə nəzər salacağıq. Eqonun insan həyatına təsiri, eqoizmə gətirib çıxarır. Eqoizm, şəxsi maraqların hər şeydən üstün tutulması, ətrafdakıların düşüncə və istəklərindən asılı olmayaraq, daxili "mən"-in təmin olunmasıdır. Eqoizm, eqonun təmin olunmasına xidmət edir.
1) Rasional eqoist insanlar öz maraqlarını ön plana çəksələr də, cəmiyyət üçün də müəyyən işlər görür, müəyyən qədər ətrafdakı insanları da düşünürlər. 2) Hedonizm isə, eqoizmin ən qatı formasıdır. Belə insanlarda eqoizm o qədər yüksək olur ki, onlar öz eqolarına görə dostlarını, ailələrini belə itirirlər və yalnız qalırlar.
Eqolu insanlarda müşahidə olunan əsas xüsusiyyətlər aşağıdakılardır:
1. Özlərini daim haqlı sanırlar
2. Ətrafındakı isanları şəxsi maraqlarının təmin olunmasına görə, yönəltməyə çalışırlar.
3. Digərlərinə yuxarıdan aşağı baxırlar.
4. Vəziyyətə nəzarəti əllərində saxlayırlar, lakin, cavabdehlik daşımaq istəmirlər.
5. Öz əşyalarını, geyimlərini göstərməyə meyilli olurlar.
6. İnsanlara vəzifəsinə və sosial statusuna görə hörmət qoyurlar.
7. Öz problemlərini və ya bioqrafiyalarını danışmaqdan doymurlar.
8. İnsanların hər hərəkətlərinə şübhə ilə yanaşırlar.
9. Hərəkətlərində və danışıqda kobud olurlar.
10. Digərlərinin səhvlərini onlara aşağılayıcı tərzdə çatdırırlar.
11. Heç vaxt rahat və xoşbəxt ola bilmirlər.
12. Danışıqda "mən" sözündən çox istifadə edirlər.
Yüksək eqolu insanlar danışıqlarında jestlərlən və mimikalardan çox istifadə edirlər, yüksək səs tonu ilə danışırlar. Danışıqlarında təkəbbür və avtoritarlıq asanlıqla hiss olunur. Hər hansı bir məsələnin müzakirəsi zaman, qarşısındakı insanın nə düşündüyü onu maraqlandırmır. Söhbət zamanı həmsöhbət olduğu insana qulaq asırmış kimi görünsə də, əslində diqqəti öz maraqlarında olur. Onlar üçün "mən" və başqaları var. Onlar üçün "biz" anlayışı yoxdur. Belə insanlar ətrafarındakı insanlara qarşı neytral qala bilmirlər. Onlar tanıdıqları insanlara ya antipatiya ya da simpatiya bəsləyirlər.
Hər bir insanın eqosu özü üçün ideal "Mən" obrazı yaradır. Hansı ki, bu ideala çatmaq üçün insan, qarşısına müəyyən məqsədlər qoyur. Bu məqsədlər əsasən, cəmiyyətdə hər hansısa bir mövqeyin tutulması, təhsil, karyera, yüksək gəlirlər əldə etmək, ailə qurmaq və s. ola bilər. Lakin, onu da qeyd edim ki, kişi eqosu ilə, qadın eqosu da bir-birindən fərqlənir. Kişilər daha çox, öz standartları əsasında özlərini sübut etməyə çalışırlarsa, qadınlar daha çox, cəmiyyətin standartlarına görə öz eqolarını təmin etməyə çalışırlar. Kişini daha çox onun özünün özü haqqında fikirləri, qadını isə, ətrafdakıların onun haqqında düşüncələri maraqlandırır.
Eqo ilə bağlı ən əhəmiyyətli məsələlərdən biri də, yalançı eqonun formalaşdırılmasıdır. Yalançı eqo o zaman formalaşır ki, insanlar özləri ilə bağlı reputasiyanın yaradılmasına çalışırlar. Reputasiya, cəmiyyətin gözündə, sizin "mən"-ininzin necə görünməsidir. Heç zaman özünüzlə bağlı reputasiya yaratmağa çalışmayın. Sizin reputasiyanız, sizi tanıyan insanlar arasında, siz olmadıqda belə mövcud olur. Əgər digərlərinin gözündə ideal deyilsinizsə, buna görə narahat olmayın. Çünki, digər insanlar sizə, öz eqolarının prizmasından baxırlar. Ona görə də, sizin həqiqi "mən"-ininz ilə, onların gördüyü "siz" eyni olmaya bilər.
İnsan var olduqca, onun eqosu da mövcud olacaq. Sadəcə olaraq insan, eqosunun eqoizmə çevrilməsinin fərqində olmalı və qarşısını almalıdır. Eqonun gücü böyükdür, lakin, onun hansı istiqamətdə yönləndirilməsi bizim özümüzdən asılıdır.

Комментарии
Отправить комментарий