Ətrafımız və biz


Yaşadığımız cəmiyyətdə bizi tanışlarımız, dostlarımız və digər müəyyən kollektivlər əhatə edir. Biz bu insanlarla müəyyən vaxt keçiririk, birlikdə nələri isə müzakirə edirik və s. Bizi əhatə edən insanlar ilə münasibətdə müəyyən qaydalara əməl etməklə özümüz üçün sağlam bir ətraf yarada və öz şəxsi komfortumuzu və sərhədlərimizi qorumuş olarıq.

Qeyd etmək istədiyim ilk nüans ondan ibarətdir ki, hər bir insan dostluq, yoldaşlıq etdiyi 5 insanın ortalamasıdır. "Dostunu göstər deyim sən kimsən" misalı da buradan qaynaqlanır. Tanıdığınız hər həs sizin insanınız deyil.  Ətrafınızda olan, dostluq və yoldaşlıq etdiyiniz insanları gözdən keçirin. Həqiqətənmi həmən insanlar sizinlə səmimidirlər, həqiqətənmi sizin uğurunuza sevinirlər? Həqiqətənmi həmən insanlardan müsbət enerji alırsınız? Birlikdə vaxt keçirməkdən həqiqətən zövq alırsınızmı? Əgər fikrinizdə olan insanlardan hər hansı biri ilə bağlı bu suallara yox cavabı verirsinizsə demək ki, bu insanla münasibət barədə bir daha düşünməlisiniz.


Digər insanlar ilə münasibətdə digər bir əsas məqam qurduğumuz dialoqlardır. Bu məqama hər zaman diqqət edin. Əgər qarşınızdakı insan ilə söhbətləriniz daha çox onun monoloqundan ibarərdirsə, əgər həmən şəxslə söhbətlərdə hər zaman siz dinləyici kimi çıxış edirsinizsə, demək ki, münasibətdə problem var. Söhbət zamanı qarşınızdakının diqqətinin sizdə olub olmamasına fikir da verin. Əgər söhbət zamanı qarşınızdakının fikri sizin söhbət etdiyiniz məsələdə deyilsə və ya sözünüzü tez-tez kəsirsə, bu hörmətsizliyin göstəricisidir.

Ətrafımızdakılar ilə münasibətdə qeyd etmək istədiyim digər bir nüans, yeni tanıdığımız insanlar ilə münasibətdə sərhədlərin qorunmasıdır. Çünki, yeni tanıdığımız insanlar ilə səmimiyyətin yaradılması əksər hallarda məyusluğa səbəb olur. Məsələyə daha geniş nəzər saldıqda isə, istər yeni, istərsə də köhnə tanışlarımıza münasibətlərimizdə şəxsi sərhədlərimizi, nələrdən xoşumuz gəlib-gəlmədiyini bildirməklə, şəxsi zonamızı qorumuş olarıq.

İnsanlar ilə münasibətdə çalışın hər zaman nə isə istəyən, xahiş edən tərəf olmayın. Qəbul edən tərəf olun, istəyən yox. Çünki, hər zaman kimdənsə nələri isə xahiş etmək, istəmək insanın zəif tərəfi kimi qəbul edilir. Hər xırda problemdə ətrafındakılardan kömək alan insanlarda artıq bu hal vərdiş halını alır. Əgər ətrafınızdakı tanışlarınızdan hər hansı biri sizi ancaq özünə lazım olduğu təqdirdə axtarırsa,  öz mənafeyinə görə sizinlə münasibət qurursa,ona öz sərhədlərinizi bildirin və uzaqlaşın həmən insandan. Belə insanlar ilə münasibət bizim enerjimizin və vaxtımızın israf olunması deməkdir.

İnsanlara YOX deməyi bacarın! Yox deməyi bacarmadığınız təqdirdə, sizdən xahiş edən insanarın da sayı çoxalacaq. Nəticədə isə siz digərlərini təmin etməyə, digərlərinin problemləri ilə məşğul olmağa başlayacaqsınız. Bu isə sizin enerjinizi alacaq və stressə səbəb olacaq. Çalışın öz məqsədlərinizə fokuslanın. Ona görə də insanlara YOX deməyi bacarın!

Sonda isə onu bildirmək istərdim ki, Hər şeydən öncə özünüzün nə istədiyinizi, məqsədlərini, məqsədlərinizə çatmağınız üçün sizə nələrin lazım olduğunu, hansı insanlar ilə münasibətin sizə faydalı olduğunu özünüz üçün müəyyən edin və buna görə addım atın. 





Комментарии

Популярные сообщения из этого блога